Bu il kimlər şou-biznesdə "at oynat"dılar? - SORĞU

Bu il kimlər şou-biznesdə "at oynat"dılar? - SORĞU
13:17 3 Yanvar 2015
239 Şou
Ölkə mətbuatı
A- A+

“Star life” verilişi şou əhli arasında sorğu apararaq, 2014-cü ildə kimlərin “at oynatdığını” öyrənib
Milli.Az axşam.az-a istinadən müğənnilərin cavablarını təqdim edir:

Bu il şou-biznesdə kimlər “at oynatdı”?

Xalq artisti İlhamə Quliyeva – Bu il heç kim at oynada bilmədi. Hələ mənim qarşımda heç kim at oynada bilməz. At ili olmur, nə olursa-olsun.

Xalq artisti Faiq Ağayev – Bəlkə, Elnurun Türkiyədəki uğurunu demək olar. Gözəçarpacaq hadisə idi.

Əməkdar artist Zöhrə Abdullayeva - Mənim atım yoxdur. Piyada gəzirəm.

Əməkdar artist Nüşabə Ələsgərli – Qəliz sualdır, cavabını bilmirəm.

Əməkdar artist Abbas Bağırov – Mən at oynatmadım, öz üzərimdə çalışdım. 2015-ci ildə yeni albomum işıq üzü görəcək. Asta gedən, çox gedər.

Müğənni-bəstəkar Rəhim Rəhimli – Günay İbrahimli at oynatdı. Mənim atım 6 ay oynayar, 6 ay quyruğu kəsilər, sakit qalar kənarda, istirahət edər. Başını salar aşağı, otlayar, heç kəslə işi olmaz. Bəziləri də at oynatmağı bacarmadı.

Müğənni İradə İbrahimova – Buradakı şou-biznesdə baş verənlər haqda məlumatım var. Amma kimlərin at oynatdığını deyə bilmərəm.

Müğənni Könül Kərimova - At oynatmaq fikrim yoxdur, heç vaxt da oynatmamışam.

Müğənni Gülay Zeynallı – Həmişə at oynatdığını deyənlər heç qoyun da çapmır.

Aşıq Samirə - At oynadan çox oldu. Amma müğənnilər arasındakı “müharibələr” daha çox idi.

Müğənni Yeganə Mürsəlova – Başqalarını bilmirəm, amma mən bu il at oynatdım.

Müğənni Mirkamil Kamilov – Özüm at çapdım. Amma at oynadanları deyə bilmərəm. At insanı oynadır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/317028.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR