Türkiyədə benzin və dizel ucuzlaşdı

Türkiyədə benzin və dizel ucuzlaşdı
13:21 3 Yanvar 2015
170 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə benzin və dizelin satış qiymətləri ucuzlaşıb.

ANS PRESS-in məlumatına görə, yanacaq doldurma məntəqələri benzin satış qiymətlərində bir litr üçün 8-9 quruş, dizeldə isə 8-10 quruş endirim edib.

Ankarada litri 4,29-4,27 lirə (1,45 qəpik) arasında olan 95 oktan benzinin qiyməti 4,20-4,19 lirədən (1,42 qəpik) satılmağa başlanıb. İstanbulda isə litri 4,25 lirədən satılan 95 oktan benzinin qiyməti 4,16-4,17 lirəyə qədər ucuzlaşıb. Ucuzlaşma manatla ifadədə 5-6 qəpik təşkil edib.

Dizelin bir litr üçün satış qiyməti isə 3,86-3,85 lirədən (1,3 qəpik) 3,76-3,77 lirəyə (1,27 qəpik) qədər ucuzlaşıb.

Benzin və dizelin satış qiymətləri Türkiyənin müxtəlif şəhərlərində cuzi miqdarda fərqlərlə müşahidə edilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=317561

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR