Möcüzə: 7 yaşlı qız təyyarə qəzasından sağ qurtuldu

Möcüzə: 7 yaşlı qız təyyarə qəzasından sağ qurtuldu
13:27 3 Yanvar 2015
119 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Kentukki ştatında ikimühərrikli “Piper PA-34 Seneca” təyyarəsinin qəzaya uğraması nəticəsində dörd nəfər ölüb. Qəzadan sağ xilas olan yeganə adam 7 yaşlı qız olub. Milli.Az musavat.com-a istinadən xəbər verir ki, məlumatı “The Guardian” yayıb.

Ştat polisinin nümayəndəsi Din Patterson bildirib ki, qız qalıqların altından özü çıxıb, yaşayış məntəqəsinə qədər gedib və sakinlərə hadisə barədə məlumat verib. “Qızın sağ qalması möcüzədir. Faciə isə ondan ibarətdir ki, təyyarədəki digər adamların hamısı həlak olub”, - Patterson əlavə edib.

Qız yüngül xəsarətlərlə xəstəxanaya çatdırılıb. O, həm də stress keçirib.

Təyyarə qəzasının səbəbi məlum deyil. Amma pilot qəzadan əvvəl həyəcan siqnalı verə bilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/317041.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR