Pele İngiltərə millisinin heyətində AVRO-2016 turnirinə yollanan Markus Reşforda dəstək nümayiş etdirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "futbol kral"ı onu özünə güvənməyə çağırıb.

"Yaşın əhəmiyyəti yoxdur. Əsası hazırlıqlı olmaqdır. Heç vaxt qorxmaq lazım deyil. Mənim dövrümdə KİV-lərdən belə təzyiq yox idi. İndi bu, futbolçunun çiyinlərinə düşən ağır yükdür. Amma Markus komanda yoldaşlarının dəstəyini hiss edirsə, onda qüvvəsinə inam olmalıdır".

Milli.Az