MN: "Qorxu və səksəkə içində olan ermənilər..."

MN: "Qorxu və səksəkə içində olan ermənilər..."
14:04 3 Yanvar 2015
115 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistanın elektron kütləvi informasiya vasitələrinin guya Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə təxribat törətməsi və bunun nəticəsində itki verməsi barədə yaydığı məlumatlar yalan və uydurmadır.

 

APA-nın xəbərinə görə, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, təchizatsız, ağır və dözülməz şəraitdə, soyuq səngərdə qorxu və səksəkə içində olan erməni əsgərindən tutmuş hərbi rəhbərliyinə kimi hamının gözünə hər yerdə Azərbaycan “diversantı” görünür.

 

“Erməni silahlı qruplaşmalarının daxili çəkişmələri və aralarındakı ziddiyyətlər nəticəsində bir-birini gülləbaran etdikdən sonra hər dəfə Azərbaycan tərəfini günahkar çıxarması artıq adət halını alıb.

 

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni il bayramlarını qeyd etməklə bərabər Azərbaycan torpaqlarının işğaldan azad olunmasına ciddi hazırlaşır”, - deyə MN-in məlumatına bildirilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189302

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR