Azərbaycanın gözəllikləri: Şamaxı rəsədxanası - VİDEO

Azərbaycanın gözəllikləri: Şamaxı rəsədxanası - VİDEO
14:12 3 Yanvar 2015
642 Sosial
Ölkə mətbuatı
A- A+

Şamaxı Astrofizika Rəsədxanası dünyanın ən böyük rəsədxanalarından biridir. Rəsədxana AMEA tərəfindən təsdiq olunmuş elmi proqram əsasında fəaliyyət göstərir. Proqram dünya elminin ən qabaqcıl və prioritet problemləri ilə uzlaşdırılıb. Rəsədxananın fəaliyyəti çərçivəsində qalaktikaların, ulduzların, planetar dumanlıqların, günəşin, planetlərin və kometaların müşahidəsi aparılır.

ŞAR-da üç əsas istiqamətdə elmi işlər görülür: ulduzlar fizikası, Günəş sistemi cisimlərinin dinamikası və fizikası, Günəş fizikası. Günəş fizikası sahəsində əsas elmi nəticələr Günəş alışmalarının inkişafı, maqnit sahəsi və Günəş atmosferinin incə quruluş əlaqələri üzrə əldə olunur. Beynəlxalq və xüsusi proqramlar üzrə patrul müşahidələri aparılır. Ulduz fizikası sahəsində qeyri-stasionar, dəyişən və qoşa sistem ulduzları, maqnit və geniş örtüklü ulduzlar, super sıxlıqlı ulduzlar tədqiq olunur. Günəş sistemi cisimləri fizikası və dinamikası sahəsində planetlər və onların peykləri tədqiq olunur.

Milli.Az Day.Az saytına istinadən rəsədxananın görüntülərini təqdim edir.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

фото


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/317043.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR