İrəvanda iqtidarın fəlakəti

14:31 3 Yanvar 2015
103 Dünya
Ölkə mətbuatı
A- A+

"Ermənistan çox tez dəyişən dünya şəraitinə yaxınlaşmalıdır. Əsas məsələ strateji müttəfiqlərimizlə əlaqələrin yaxşılaşdırılmasıdır."

ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan mətbuatında dərc olunmuş "Buraxılmış qolun xoşbəxtliyi" adlı məqalədə deyilir.

Məqalədə ermənilərin dünyadan təcrid olunmaması və dövlət kimi özünü qorumasının ən yaxşı yolu kimi qonşularla əlaqələri bərpa etmək göstərilir: "Ermənistan rəqibləri və düşmən qonşuları Azərbaycan və Türkiyə ilə strateji münasibətlər qurmağa çalışmalıdır. Bununla birlikdə, Ermənistan Avrasiya İttifaqının üzvü olub. Lakin, bu, faktiki olaraq, ölkənin diapazonunu daraldır və xarici siyasətdə manevr etməsi imkanlarını əhəmiyyətli dərəcədə aşağı salır. Bununla paralel, Rusiyaya qarşı beynəlxalq sanksiyaların davam etməsi şübhəsizdir və bu baxımdan, Ermənistan beynəlxalq cəmiyyətin basqısı altındadır.

Yazıda deyilir: "Belə şəraitdə Ermənistanın hansısa xarici siyasəti haqqında danışmaq artıqdır. Xarici siyasətə Ermənistanın qabiliyyəti olsaydı, Avropa İttifaqı ilə Assosiativ üzvlük haqqında Razılaşmadan imtina etməzdi və Rusiyaya təslim olmazdı. Beləliklə, Ermənistanın xarici siyasət problemləri həddindən çoxdur."

Məqalədə bir məqama da toxunulur ki, Ermənistan üçün 2015-ci ildə ən vacib hadisə "erməni soyqırımı"nın 100 illik ildönümüdür. Lakin, bu, ərəfədə Ermənistan bütün məsələlərdən uzaqlaşdırılacaq. Aydındır və birmənalıdır ki, Ermənistan öz oyununu oynamayacaq, əsas rol əhəmiyyətli strateji xarakterə malik Rusiya-Türkiyə əməkdaşlığı üzərinə düşəcək.

"Türkiyə Ermənistanın sərbəst oyununun çərçivələrinin daraltılması üçün Rusiyayla münasibətləri dərinləşdirir. Bu, Rusiya təsirini azaltmaq üçün çox yaxşı fürsətdir. Ümumiyyətlə,100 illik yubileydən çox şey gözləməyə dəyməz, çünki, Ermənistandan başqa, hər kəs qazanacaq. Bu, Ermənistan üçün yalnız teatr olacaq. Yəqin ki, burada yaxşı oyunçu Edvard Nalbandyanın yanaqları yenə qızaracaq və bununla da mərasim bitəcək. Halbuki ki, Ermənistan hakimiyyəti üçün bu ildönüm "soyqırım" məsələsinə ermənilərin müasir reallıqlar nəzərə alınmaqla baxmaq üçün əsl səbəb olmalıdır."- yazıda deyilir.

Məqalədə ölkənin indiki hakimiyyətinin qorxaqlığı ön plana çəkilir: "İndiki hakimiyyət üzərinə götürdüyü roldan kənara çıxa bilmir. Çünki onlar bu mövqedən kənar çıxsalar və yeni təşəbbüslərlə çıxış etməyə başlasalar, o zaman qapılarına "qol buraxmış olacaqlar."

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=317548

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR