Prezidentlərin həkimi İrəvanda

Prezidentlərin həkimi İrəvanda
15:36 3 Yanvar 2015
104 Digər
Ölkə mətbuatı
A- A+

Əslən Naxçıvanın Əylis kəndindən olan və hazırda İrəvanda yaşayan 75 yaşlı Varvara Arutyunova mərhum Azərbaycan rəhbərləri Əbdürrəhman Vəzirov və Əbülfəz Elçibəyə xidmət göstərdiyini bildirir.

ANS PRESS-in məlumatına görə, uzun müddət İsraildə yaşamış qadın qızının xəstəliyi üzündən Ermənistana yerləşib və 4,5 ildən çoxdur ki, orada qocalar evində yaşayır. “Mən Bakıda hökumət xəstəxanasında işləmişəm, baş tibb bacısı idim. Çox saylı pasientlərim içində Əbdürrəhman Vəziyrov, Əbülfəz Elçibəy də var idi. Bizim rəhbərimiz tanınmış kardioloq Yevgeni Çazov idi", - deyə Varvara Arutyunova bildirib. Onun əri Vladimir Arutyunov Bakıda məşhur dərzi olub.

Erməni qadını qocalar evinə yeznəsi yerləşdirib. Yeznə 7 ay evində yaşamış Varvara Arutyunovanı yola verməyib və onu qocalar evinə qovub. Biçarə qadın yenidən İsrailə mühacirət etmək istəyir.

Varvara Arutyunovanın əhvalatı ermənilərin Azərbaycan ksenefobiyası barədə uydurduğu yalanları darmadağın edir. Erməni millətindən olan bu qadın hətta millətçi-demokrat Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Azərbaycanın hökumət xəstəxanasında işləyib. Özünün dediyi kimi ona “gözün üstə qaşın var” deyən olmayıb. Amma İrəvanda erməni millətindən olan yeznəsi onu evindən çıxararaq çöllərə salıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=317564

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR