Gürcüstandan Rusiyaya jest

Gürcüstandan Rusiyaya jest
16:05 3 Yanvar 2015
115 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstan Supsada iri energetika mərkəzinin yaradılması layihəsinə Rusiya və Qərb dövlətlərini də qoşmaq niyyətindədir.
APA-nın “Qruziya online” saytına istinadən verdiyi məlumata görə, bu barədə sözügedən layihəni hazırlayan şirkətlərdən olan Beynəlxalq Neft Korporasiyasının sabiq prezidenti Georgi Çanturiya bildirib.
 
Onun sözlərinə görə, hələ 1990-cı illərdə salınmış Bakı-Supsa kəmərinin son məntəqəsində gerçəkləşəcək layihənin qiyməti 17 milyard dollardır. Layihədə ilk olaraq Supsada Neft Emalı Zavodunun tikintisi nəzərdə tutulur.
 
G.Çanturiya qeyd edib ki, daha sonra isə həmin ərazidə böyük gücə malik neft-kimya kompleksinin inşası planlaşdırılıb.
 
“Gürcüstan özü bu layihənin bərpasına təşəbbüs göstərə bilər, ölkə faktiki olaraq buna hazırdır. Biz Qara dəniz və Xəzər dənizi regionlarının enerji paylanması mərkəzi olacağıq. Rusiyanın enerji potensialının da bu layihəyə qoşulması real və əlverişlidir. Digər tərəfdən, biz Avropada enerji strukturlarının 2020-ci ilin perspektivlərinə hesablanan tələblərinə cavab vermiş olacağıq”, - deyə o vurğulayıb.
 
G.Çanturiya əlavə edib ki, sözügedən layihə Rusiyanın da tərəfdaşlığı ilə reallaşarsa, həm Rusiya nefti, həm də Mərkəzi Asiya ölkələrindən tranzit olunan neftin emal olunaraq Avropaya ixrac edilməsi əlverişli olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/317075.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR