Deputatdan Xanım Qafarovanın anası və qızına xoş xəbər

Deputatdan Xanım Qafarovanın anası və qızına xoş xəbər
16:26 3 Yanvar 2015
254 Şou
Ölkə mətbuatı
A- A+

Ötən il vəfat edən əməkdar artist Xanım Qafarovanın anası yüksək səviyyədə müalicə ediləcək. ANS PRESS-in məlumatına görə, bu barədə millət vəkili Qanirə Paşayeva yazıb.

Deputat bir az əvvəl mətbuatda Xanım Qafarovanın ailəsi adından mətbuat vasitəsi ilə deputatlara müraciətini görəndə çox təccüblənməklə yanaşı üzüldüyünü də bildirib. Onun sözlərinə görə, Xanım Qafarovanın ailəsini ziyarət etməsinin üzərindən heç bir ay belə keçməyib. "Anasına təkrar telefon nomrələrimi verib probleminiz olsa mənə zəng edin, mesaj yazın demişdim. Hətta telefondan yaxşı başı çıxmadığını deyəndə yanında bizimlə söhbət edən digər qızından olan qız nəvəsinə işarə ilə nəvəniz böyük qızdır ona deyin o zəng etsin, mesaj yazsın dedim. Biz az öncə mətbuatda yazıyı görəndə xaricdə səfərdə olsam da Xanım Qafarovanın anasına zəng etdim və dedim ki, əgər xəstəliklə bağlı probleminiz varsa nə üçün mənə müraciət, zəng etməyib. Deputatlara mətbuat vasitəsi ilə müraciətdənsə zəng etmək daha tez olardı. Dedi utandım zəng etməyə, dedim bəlkə sağalaram. Nə isə...".

Deputat Səhiyyə Nazirliyi ilə danışdığını və yaşlı qadının xəstəxana şəraitində yüksək səviyyədə müalicə olunmasına şərait yaradılacağını qeyd edib. "Xalaya da dedim köməkçim bazar ertəsi onu xəstəxanaya aparacaq və inşallah sağlığında nə problemlər varsa həllini tapar. Bundan başqa xahiş edir ki, ona heç olmasa həftədə bir dəfə kömək edən bir nəfər olsa yaxşı olar o biri qızından olan nəvəsi, yaxınları, qohumları yetərincə edə bilmirlər".

Q.Paşayeva bazar ertəsi nazir Səlim Müslümovla ailəyə kömək edilə bilməsinin mümkünlüyü ilə bağlı xahiş edəcəyini və nazirin yardımçı olmağa çalışacağına inandığını deyib.

"Bir daha qeyd edim ki, Xanım Qafarovanın müalicə xərclərindən başlamış, dəfn, yas xərclərinin hamısı hörmətli Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən edilib və zaman-zaman ailəyə baş çəkilərək müəyyən dəstəklər göstərilir. Xanım Qafarovanın qızının daha yaxşı məktəbə dəyişilməsi məsələsi də müsbət həllini tapıb və gələn dərs ilində ailənin evlərinə yaxın istədikləri dövlət məktəbində təhsilini davam etdirə bilməsində heç bir problem yoxdur. İnşallah atası və yaxınları da qızın məktəbə aparıb gətirilməsinə dəstək olarlar".

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=317571

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR