Xocalı soyqırımı həqiqətləri Braziliyada da yayılır (FOTO)

Xocalı soyqırımı həqiqətləri Braziliyada da yayılır (FOTO)
18:28 25 Fevral 2015
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə Azərbaycanın Braziliyadakı səfirliyi Rio-de-Janeyro Federal Universiteti ilə birgə adıçəkilən universitetdə “Hərbi münaqişələrin həllində qanun aliliyinin və ədalətin rolu” mövzusunda tədbir keçirib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Rio-de-Janeyro Federal Universitetinin professor və tələbə heyəti, Rio-de-Janeyro şəhərinin ictimayi-siyasi, elmi-akademik dairələrin və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov Xocalı soyqırımı haqqında məlumat verərək, Xocalıda baş vermiş cinayətin müəllifləri, onun kvalifikasiyası və ona münasibətdə beynəlxalq hüquqi məsuliyyətin müəyyənləşdirilməsi barədə ətraflı danışıb. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bir çox ölkələrdə, o cümlədən Braziliyada həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası barədə bəhs edib.

Rio-de-Janeyro Federal Universitetinin professoru Aleksandr Jebit Xocalı soyqırımının həqiqətlərinin Braziliyada yayımlanmasında bu tədbirin vacibliyini vurğulayaraq erməni təcavüzü nəticəsində Azərbaycanın qarşılaşdığı ağır vəziyyət barədə danışıb.

Sonra səfir E.Sultanov Xocalı faciəsi, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, mahiyyəti, münaqişənin həlli üzrə danışıqlar prosesi və digər məsələlər barədə tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

Tədbirin sonunda iştirakçılara Xocalı soyqırımı haqqında portuqal dilində materiallar təqdim olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2368226.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR