İŞİD-dən yeni ölüm klipi - VİDEO +18

İŞİD-dən yeni ölüm klipi - VİDEO +18
17:17 3 Yanvar 2015
162 Dünya
Ölkə mətbuatı
A- A+

Terror təşkilatı Suriyada daha 13 nəfəri edam edib
İŞİD terror təşkilatı Suriyada daha 13 nəfəri edam edib.

Anspress-in məlumatına görə, terror təşkilatının Rakkada edam etdiyi 13 nəfər sünni tayfasına mənsub olub. Öldürülən şəxslər Bəşər Əsəd rejimi ilə əməkdaşlıq etmək və insanların sıx yaşadığı bölgələrdə bomba partlatmaqda ittiham edilirdi.

Sosial şəbəkələrdə yayılan görüntülərdə İŞİD tərəfindən həbs olunan 13 suriyalı gənc əks olunur. Onlar kamera qarşısına keçərək bir-bir adlarını və yaşadıqları ünvanlarını söyləyiblər. Görüntü və çəkiliş keyfiyyətinə görə bahalı kliplərdən heç də fərqlənməyən bu video insanlar arasında böyük marağa səbəb olub.

Görüntülərin davamında isə üzü maskalı bir İŞİD-çi peyda olur və edamla bağlı danışır: "İŞİD-ə aid kəşfiyyat şöbəsi Rakka şəhərinin qərbində Əsəd rejiminə çalışan 13 nəfərlik şəbəkəni müvəffəqiyyətlə alt-üst etdi. Gördüyünüz bu xainlər İŞİD-ə qatılmaq məqsədiylə Suriyaya gələn xarici mücahid qardaşlarımızı qaçırıblar. Daha sonra həmin qardaşlarımızı pul qarşılığında Əsəd rejiminə satıblar. Tabka şəhərinə isə 2 bomba yüklü nəqliyyat vasitəsi gətiriblər və onlardan birini partladıblar. Digər vasitəni isə sürücüsüylə birlikdə ələ keçirdik", - deyə üzü maskalı şəxs deyib.

Daha sonra avtomobillə birlikdə tutulan adam İŞİD-ə qarşı etdiyi əməllərindən danışıb. Görüntülərin son hissəsində İŞİD-çilər əli-gözü bağlı, yalın ayaq 13 adamı Rakka şəhərində əhalinin sıx olduğu yerə gətiriblər. Suriyalı gənclər sonda xalqın gözləri qarşısında başlarına güllə sıxılaraq edam ediliblər.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/317079.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR