Məşhur müğənni deputat olmaq istəyir (FOTO)

Məşhur müğənni deputat olmaq istəyir (FOTO)
17:31 3 Yanvar 2015
144 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin məşhur müğənnisi, arabesk kralı İbrahim Tatlısəs deputat olmaq isəyir.

ANS PRESS-in məlumatına görə, müğənni bu barədə öz “Twitter” hesabında yazıb.

2011-ci ildə millət vəkili olmaq üçün işlərə başlayan İbrahim Tatlısəs uğradığı silahlı hücumdan sonra namizədlikdən imtina etmişdi və uzun bir müddət müalicə olmuşdu.

Millət vəkili seçilmək üçün bu dəfə qərarlı olduğunu bildirən məşhur müğənni “Twitter” yazıb: “Bu dövr, artıq kimsə məni vəkillikdən vaz keçirə bilməyəcək. Xeyr deyirəm, çünki bu dəfə bunu qızım Əlif Ada üçün istəyirəm. Həmyerlilərimizin yanımda olduğunu bilirəm. Amerikadan dönən kimi, inşallah, çalışmalara başlayacağam. Fikirlərimi tərəfdarlarımızla paylaşmaq istədim. Bu saatdan sonra xalqa xidmətdə sərhəd yoxdur. Hörmətlə, yeni vəkil namizədiniz, Şanlıurfalı İbrahim Tatlısəs”.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=317594

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR