Nazir özünü güllələdi

Nazir özünü güllələdi
18:05 3 Yanvar 2015
95 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyada nazir intihar edib.
APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Rusiya Federasiyasının Mari El Respublikasında baş verib. Respublikanın daxili işlər naziri, general-mayor Vyaçeslav Buçnevin bu gün öz kabinetində intihar etdiyi bildirilir.
 
Qeyd olunub ki, nazir bu gün işə gələndən sonra onun kabinetində atəş səsi eşidilib. General-mayorun xidməti otağında özünü vurduğu bildirilir.
 
Rusiya Daxili İşlər Nazirliyindən bununla bağlı verilən məlumatda Vyaçeslav Buçnevin dekabrın 26-dan məzuniyyətdə olduğu, onun məzuniyyətinin yanvarın 8-də başa çatacağı da açıqlanıb. V.Buçnev məzuniyyətdə olmasına baxmayaraq, müntəzəm olaraq işə gəlib-gedirmiş. Hazırda fakt üzrə araşdırma aparılır.
 
V.Busnev 2011-ci ildən Mari El Respublikasının Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsində çalışıb. Bundan əvvəl Vyaçeslav Buçnev Kirov rayonunun Polis Şöbəsinin rəisi olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/317090.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR