"Bu ölkənin, bilirsənmi, niyə gələcəyi yoxdur?! Əclaflara heykəllərin qoyulması, onların qəhrəman sayılması millətin mənəvi tənəzzülüdür və ən pisi də budur ki, insanlar bu bəlalı vəziyyətdə rahatlıqla yaşayırlar"
(Evald Kleyst fon Şmensin, 1939-cu il, nasist Almaniyası)

... Qızmar günəşin altında insan hirslə, qəzəblə yer qazırdı. Quyu dərinləşirdi, dibində su çıxırdı və nəhayət, dibdə, lap dibdə qırmızımtıl rəngdə gil göründü. "Hə, lap əla oldu!" - insan qışqırdı və gili vedrəyə doldurdu.
O, quyudan bəlkə də 500 vedrə gil çıxardı, xəndəyin ətrafında böyük gil təpəciyi yarandı. Sonra insan qazdığı quyudan çıxdı, gildən öz heykəlini hazırlamağa başladı.
Üç gün sonra böyük heykəl tamamlandı. İnsan uzun-uzadı ona baxdı, sonra yorğunluqla gülümsəyib dedi: "İndi insanlar məni uzun müddət unutmayacaqlar, rahat ölmək olar".

Əclaflara heykəl qoyulan ölkənin gələcəyi varmı?

İllər, qərinələr keçdi. Yayın bürkülü günlərindən birində, dərin quyudan soyuq su dolu vedrəni çıxaran insanlar bəs deyincə sudan içir, sonra quyunun yanındakı gil təpəciyə oturub pıçıldayırlar: "Görəsən, hansı əməli-saleh insan bu quyunu qazıb, bizə sərin su bəxş edib?!
Abidələrin, heykəlllərin varlığı orijinal məsələdir. Bioloji obyekt olmasalar la, onların zaman kəsimlərində aşkar görünməyən özünəməxsus yaşamları var: yetər ki, cəmiyyətlə həmin heykəllər arasındakı münasibətlər sezilə. Heykəllərin cəmiyyətdəki yaşam məkanındakı mövcudluq formaları qismən də olsa, həyat sayıla bilər.

Heykəllərin öz həyatı var. Onlarla yanaşı yaşamımız ətraf aləmlə bağlı təsəvvürlərimizi genişləndirir. Bizimlə bağlı onların durumu ikilidir. Artefaktlar kimi, sözsüz, onlar insanın, yəni bizim mədəniyyətimizin bir hissəsidir. Digər tərəfdən məhz biz, insanlar heykəlləri mənəvi dəyərlərimizin göstəricisi saya bilərik.
Bu, nə üçün yaşadığın və kimləri niyə yaşatdığını bilənlərə, normal insanların adekvat cəmiyyətinə şamil olunur.
Xəstə cəmiyyət isə əclaflara heykəllər qoyur, cinayətkarları qəhrəman elan edir, terrora və vəhşiliyə tapınır.
Ermənistan kimi.

Əclaflara heykəl qoyulan ölkənin gələcəyi varmı?

İkinci Dünya Müharibəsi illərində faşist Almaniyasına xidmət edərək ermənilərdən ibarət cəza alayları və SS legionları yaratmış Drastamat Kanayan və Qaregin Ter-Harutyunyan Ermənistanda milli qəhrəmanlar sayılırlar.
İrəvanda "General Dro"nun və "Qaregin Njde"nin adına metro stansiyaları, küçələr, məktəblər, parklar, xəstəxanalar və s. var. Rusiyadakı erməni diasporu hər il nümayişkaranə şəkildə Vladimir şəhərindəki Knyaz Vladimir qəbristanlığına, Njdenin məzarına ziyarət təşkil edir.
Ermənistanda bu cinayətkarların şərəfinə xatirə medalları və sikkələr hazırlanır, filmlər çəkilir.

Faşist cəlladlarına səcdənin apogeyi isə İrəvanda Njdeyə abidə qoyulmasıdır.
Abidələr və heykəllər dünyanın hər yerində var. Sərkərdələr, siyasətçilər, milli qəhrəmanlar, epos və əsatir qəhrəmanları, millətin ən ağır anlarında irəli çıxaraq ümummilli xilaskarlara çevrilən şəxslərlə yanaşı, heyvanlara, təbiət olaylarına, hətta yuxulara və ya xatirələrə də heykəllər ucaldılır.
Həmin abidələrin bəziləri baş verənləri, yaşanmışları unutmamaq üçün, bəziləri isə yaşananları unutdurmamaq üçün ucaldılır.
Tamaha, qorxuya, sevincə də abidə var.

Əclaflara heykəl qoyulan ölkənin gələcəyi varmı?

Amma tutduğu vəzifədən, hakimiyyətdə olduğu illərin uzunluğundan və ya əqli qabiliyyətlərindən asılı olmayaraq əclaflara abidə qoyulmur.
Çilidə Pinoçetə, Kambocada Pol Pota, Çində Si Huanşiyə, Norveçdə Siqmud Yanmossona, İranda Rza Pəhləviyə, Çexiyada Kozimir Slavuşa, Almaniyada Adolf Hitlerə bir abidə də ucaldılmayıb: həmin adamların əməllərinin miqyasına, tarixdəki yerlərinə rəğmən.
Çünki onları əclaf, cinayətkar, cəllad, xəyanətkar, öz maraqlarını millətin mənafeyindən üstün tutmuş yaramazlar sayırlar.
Ermənistanda isə tam tərsinə.
Bu ölkə sanki Alisanın düşdüyü möcüzələr diyarıdır: hər şey tərsinədir - qara ağ kimi qəbul olunur, ağ qara sayılır, xəyanətkarlar qəhrəman bilinir, cəlladlarla fəxr edilir, şərəfsizlik milli ideologiyanın absolyutuna çevrilir, yalançılıq gündəlik yaşamın bir hissəsinə dönür.
Mayın 28-də İrəvanda Qaregin Njdenin abidəsinin təntənəli açılışı oldu.

Əclaflara heykəl qoyulan ölkənin gələcəyi varmı?

Heykəl rus çarı 1-ci Pyotrun Sankt-Peterburqdakı abidəsinə bənzəyir. Njdenin abidəsinin müəllifi və memarı Qagik Stepanyanın dediyinə görə, oxşarlıq təsadüfidir.
Fəqət, Ermənistan kimi dövlətdə istənilən təsadüf bir səbəbin nəticəsi olduğundan 1918-1920-ci illərdə Zəngəzur, Vedibasar, Qarabağ, Göyçə mahallarında dinc, silahsız azərbaycanlılara divan tutmuş Njde kimi yaramazın rus imperatoruna bənzədilməsinin də təbii ki, mənası var.
Erməni tarixçilər onillərdir Qaregin Njdenin tərcümeyi-halını malalamaq, cilalamaqla məşğuldurlar. Onun haqqında kitablar yazılıb, mahnılar bəstələnib, filmlər çəkilib. İndisə İrəvanın mərkəzində, şəhərin qəlbində bu adama heykəl qoyulub.

Njdenin heykəlinin çar Pyotrun abidəsinə bənzəməsi ilə bağlı tənqidləri cavablayarkən Ermənistanın şəhərsalma naziri Narek Sarqsyan deyib: "Abidənini müəllifi Sankt-Peterburqda təhsil alıb və yəqin, bu amilin təsiri var".
Lakin Qagik Stepanyanın suçu yox: Njdenin obrazı o qədər qarışıq, o qədər yalanlarla dolu saxtakarlıqdır ki, erməni tarixçilər belə, yalanların harada bitdiyini, həqiqətlərin harada pərdələndiyini xatırlamırlar.

Njde haqqında qısaca...

Qaregin Ter-Harutyunyan (1886-1955) Naxçıvanın indiki Babək rayonunda, Güznüt kəndində keşiş ailəsində anadan olub.
1902-ci ildə Sankt-Peterburq Universitetinin hüquq fakültəsinə daxil olan Ter-Harutyunyan 4 il sonra Bolaqrıstana yollanır, Sofiyadakı Dmitri Nikolov adına zabit məktəbində oxumağa başlayır.
Bu məktəbi bitirəndən sonra Cənubi Qafqaza dönən Qaregin maniakal davranışı ilə seçilən Murad Sebastasinin silahlı dəstəsinə qoşulur, Erməni İnqilabi Federasiyasının-Daşnaksutyunun üzvü olur.

Əclaflara heykəl qoyulan ölkənin gələcəyi varmı?

Psixi sapıntıları olan, həddən artıq ambisiyalı, özünü "ən qüdrətli insan" sayan Qaregin Zəngəzurda minlərlə azərbaycanlının qətlində suçludur.
Ermənistan hökümətinin sabiq büro katibi Ohanes Devecyan həbsxanada verdiyi ifadəsində demişdi: "Ermənistanın daşnak hökuməti Njdedən yerli azərbaycanlılara divan tutmaq, daha doğrusu, Zəngəzuru, Qarakilsəni azərbaycanlılardan təmizləmək üçün istifadə etmişdi".
Erməni tarixçi Klod Mutafyan isə yazıb: "1921-ci ildə Zəngəzuru qana bulayan Njde bu mahalın erməniləşdirilməsində böyük rol oynadı".
Burada "Dağlıq Ermənistan-Sünik Respublikası"nı elan edən Njde Naxçıvan və Qarabağdakı dinc, silahsız azərbaycanlılara da divan tutur, özünü "sparapet", yəni erməni dilindəki mifoloji "sərkərdə" elan edir. Daha sonra bolşeviklərə müharibə elan edən Ter-Harutyunyan uduzur və ABŞ-a qaçır. Elə həmin illərdə o, özünü "Njde", yəni erməni dildə "xaricdə yaşayan köçkün, sərgədan" adlandırmağa başlayır.

Əclaflara heykəl qoyulan ölkənin gələcəyi varmı?

1930-cu illərdə o, Birləşmiş Ştatlarda "Seqakron" adlı faşist yönlü təşkilat yaradır. İkinci dünya müharibəsi başlananda isə o, faşist Almaniyasına yollanır, nasistlərin xarici siyasət idarəsinin rəhbəri Alfred Rozenberqin nəzarəti altında general Dro ilə birlikdə erməni legionu yaratmağa başlayır. SSRİ ilə döyüşlər üçün hazırlanmış "Erməni legionu" ilə yanaşı, Ter-Harutyunyan "Erməni Milli Şurası"nın da banilərindən biridir.

ABŞ-dakı "Armenian Mirror-Spectator"da 1945-ci ilin sentyabrın 1-də dərc olunmuş "Njde kimdir?" məqaləsində yazılırdı: "Daşnaklar Artaşes Abeqyan, Abram Fulhancyan, Harutyun Baqdasaryan, David Davidxanyan, Qaregin Njde, Vahan Papazyan, Dro Kanayan və Der Tovmasyandan ibarət "Ermənistan Milli Şurası" yaratmışdılar. Onlar nasist Almaniyasının işğal edilmiş şərq əraziləri naziri Alfred Rozenberqə müraciət edərək Ermənistanın alman müstəmləkəsinə çevrilməsini xahiş etmişdilər. Əsir düşmuş erməni əsgərlərin qarşısında dəfələrlə çıxış edən Njde onları Sovetlər Birliyinə qarşı vuruşmağa çağırmış, "Almaniya üçün canından keçən Ermənistan üçün ölün" demişdi".

Xəstə adamın bəlalı ideologiyası

Qaregin Njde "Sehakronutyun" ideologiyasının müəllifi idi. İfrat millətçi, irqçi olan, nasizmin primitiv təkrarı olan bu ideologiyanın məhvərini "istənilən fərd üçün ən başlıca dəyər onunu milli mənsubiyyətidir: millətindən kənarda kimsə yaşaya bilməz" fikri təşkil edirdi.
Erməni dilindəki "Sex" ("nəsil, tayfa" və "Kron" ("din, inanc") kəlmələrinin birləşməsi olan bu ideologiya əslində erməni irqçiliyini yeni din elan edirdi.
İdeologiyaya görə, ermənilər üç yerə bölünürdü:

Əclaflara heykəl qoyulan ölkənin gələcəyi varmı?

1. Milli-tayfa mənsubiyyətli ("Sex")
2. Tərəddüd edənlər, mövqelərini müəyyənnləşdirməyənlər ("Joxovurd")
3. Antimilli, erməni olub erməniliyə düşmən kəsilənlər ("Takank").
Njde ermənilərin tam əksəriyyətini "takank"lar, yəni xainlər sayırdı və deyirdi: "Hər 10 ermənidən 8-ni öldürmək gərəksə də, məqsədimizə çatmalıyıq".

Xəyanət qanında idi

Faşist Almaniyasının savaşı uduzacağını 1944-cü ildə anlayan Qaregin Njde yenə qılafını dəyişir və kommunistlərə pənah aparır, İosif Stalinə məktub yazaraq özünə və əməllərinə bəraət qazanmağa çalışır. O, ən yaxın dostu və silahdaşı general Dronu "satqın və cinayətkar" adlandıraraq "onu kommunistlərə təhvil verməyə hazıram" deyir. Amma Moskva "siyasi fahişə" adlandırdığı Njdeyə inanmır və o, həbs olunur, 25 il müddətinə azadlıqdan məhrum edilir.
Njde 1955-ci ilin dekabrın 21-də Vladimir həbsxanasında ölür.

Əclaflara heykəl qoyulan ölkənin gələcəyi varmı?
Bunları nədən yazdım?

Çünki Njde üçün şərəf, ləyaqət, sədaqət, mənəviyyat anlamları yad idi.
O, Çar Rusiyasına qarşı vuruşdu, sonra çar qoşunlarına xidmət etdi. Bolşeviklərə köpək kimi xidmət etdi, sonra bolşevikləri öldürməyə başladı. Nasist Almaniyasında "Erməni legionu" yaratdı, sonra faşistlərə də xəyanət edərək Stalinə yalvardı.
Əliqanlı daşnak cəllad general Dronu "qardaşım" adlandırdı, sonra onu satdı.

Əclaflara heykəl qoyulan ölkənin gələcəyi varmı?

Njdeyə abidənin ucaldılması Ermənistanın "sahib"i Rusiyanı hədsiz dərəcədə qıcıqlandırıb. Ermənilərdən fərqli olaraq, rəsmi Moskva bu əclafı "qəhrəman" yox, faşist köləsi, nasist cinayətkar sayıb və indi də belədir.
Ermənistanda isə iqtidarda olan Ermənistan Respublika Partiyasının sədri, ölkə prezidenti Serj Sərkisyan qalmaqallı abidənin açılış mərasimində Q.Njdeni partiyanın "banisi" elan etdi.

İrəvanda prezident cinayətkarı qəhrəman və "bani" elan edirsə, Ermənistanda faşizm təbliğ olunursa və şərəfsizlər, ləyaqətsizlər qəhrəman səviyyəsinə qaldırılırsa, bu ölkənin gələcəyi varmı?
Kim bilir, indi nə qədər gələcək Njdelər bu abidənin ətrafında gəzişir...

Orxan Hun
Milli.Az

Əclaflara heykəl qoyulan ölkənin gələcəyi varmı?
Əclaflara heykəl qoyulan ölkənin gələcəyi varmı?
Əclaflara heykəl qoyulan ölkənin gələcəyi varmı?
Əclaflara heykəl qoyulan ölkənin gələcəyi varmı?
Əclaflara heykəl qoyulan ölkənin gələcəyi varmı?
Əclaflara heykəl qoyulan ölkənin gələcəyi varmı?
Əclaflara heykəl qoyulan ölkənin gələcəyi varmı?
Əclaflara heykəl qoyulan ölkənin gələcəyi varmı?
Əclaflara heykəl qoyulan ölkənin gələcəyi varmı?
Əclaflara heykəl qoyulan ölkənin gələcəyi varmı?
Əclaflara heykəl qoyulan ölkənin gələcəyi varmı?
Əclaflara heykəl qoyulan ölkənin gələcəyi varmı?
Əclaflara heykəl qoyulan ölkənin gələcəyi varmı?
Əclaflara heykəl qoyulan ölkənin gələcəyi varmı?
Əclaflara heykəl qoyulan ölkənin gələcəyi varmı?
Əclaflara heykəl qoyulan ölkənin gələcəyi varmı?
Əclaflara heykəl qoyulan ölkənin gələcəyi varmı?