MSK bələdiyyə seçkiləri ilə əlaqədar daxil olmuş müraciətlərə baxıb

18:52 3 Yanvar 2015
89 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 03 Yanvar 2015 18:48 ]

Bakı-APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

 

MSK-nın Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, komissiya sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda əvvəlcə komissiyanın 28 dekabr və 29 dekabr 2014-cü il tarixlərində keçirilmiş iclaslarının protokolları təsdiq edilib.

 

Sonra 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Azərbaycan Respublikası Seçki Məcəlləsinin və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərini əsas götürən Komissiya vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə daxil olan müraciətlərə qanunla müəyyən olunmuş qaydada və müddətdə operativ şəkildə baxaraq müvafiq qərarlar qəbul edib.

 

İclasda cari məsələlərə də baxılıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367935

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR