Liviyada naməlum silahlılar 17 nəfəri qətlə yetirib

Liviyada naməlum silahlılar 17 nəfəri qətlə yetirib
19:14 3 Yanvar 2015
98 Dünya
Ölkə mətbuatı
A- A+

 Naməlum silahlılar Liviyanın qərbində hərbçilərin nəzarət-buraxılış məntəqəsinə hücum edərək, 17 nəfəri öldürüb.

 

APA-nın RİA “Novosti”-yə istinadən verdiyi məlumata görə, hücum nəticəsində 14 əsgər, 3 dinc sakin həlak olub. Hələlik heç bir təşkilat bu hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.

 

Ötən həftə analoji hadisə Liviyanın Sirt şəhərində də baş verib. “Liviya şəfəqi” qruplaşmasının üzvləri hərbi bazaya hücum edərək, 19 nəfəri qətlə yetirib.

 

Ötən ilin iyul ayından fəallaşan “Liviya şəfəqi” qruplaşmasının “Əl-Qaidə”, “İslam dövləti” (İŞİD) və “Müsəlman qardaşları” ilə sıx əlaqədə olduğu bildirilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189305

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR