Məşhur türk müğənni Alişandan Xocalı haqqında kəskin ismarıc (FOTO)

Məşhur türk müğənni Alişandan Xocalı haqqında kəskin ismarıc (FOTO)
13:18 26 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Məşhur türk müğənni Alişan İnstagram səhifəsində Xocalı soyqırımı barədə yazıb.

Trend müğənninin rəsmi İnstagram səhifəsinə istinadən xəbər verir ki, Alişan bu faicəni törədənlərin insan olmadığını yazıb: "Bundan 23 il əvvəl törədilmiş, indiyə kimi olan ən dəhşətli soyqırımı ermənilər azərbaycanlı qardaşlarımıza qarşı Xocalıda törədiblər. Hər il bu vəhşiliyi xatırladıqca onların insan olmadığına inancım qat-qat artır. Və bunu edənlər isə illərdir bizi soyqırım törətməkdə günahlandırırlar!!!

Allah bir daha belə hadisə yaşatmasın inşallah. Xocalı soyqırımında dünyasını dəyişən bütün şəhidlərə Allahdan rəhmət diləyirəm. Unutmayacağıq".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2368462.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR