İbrahim Tatlısəs deputat olmaq istəyir - FOTO

İbrahim Tatlısəs deputat olmaq istəyir - FOTO
19:47 3 Yanvar 2015
211 Maraqlı
Ölkə mətbuatı
A- A+

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs növbəti seçkilərdə Şanlıurfadan deputatığa namizəd olmaq niyyətindədir. Musavat.com “İhlas” agentliyinə istinadən xəbər verir ki, o, bu planını sosial şəbəkə vasitəsilə açıqlayıb.

2011-ci ildə də millət vəkili olmaq istəyən İbrahim Tatlısəs uğradığı silahlı hücumdan sonra bu fikrindən vaz keçmişdi. Amma, o, millət vəkilliyi sevdasından vaz keçməyib. “İnstagram”da qızının fotosunu paylaşan İbrahim Tatlısəs qızı Elif Ada üçün millət vəkili olmaq istədiyini yazıb.

“Bu dəfə mıni heç kim vəkillikdən vaz keçirə bilməyəcək. Çünki, bunu qızım Elif Ada üçüm istəyirəm. Həmyerlilərimin yanımda olduğunu bilirəç. Amerikadan qayıdan kimi inşallah çalışmalara başlayacam. Sevənlərimlə paylaşmaq istədiç. Bu saatdan sonra xidmətdə sərhəd yoxdur. Sağlılarla, yeni vəkil namizədiniz, şanlıurfalı İbrahim Tatlısəs”, - məşhur müğənni yazıb.

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.




Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/317102.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR