"Azəryolservis" ASC-də Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb (FOTO)

"Azəryolservis" ASC-də Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb (FOTO)
15:33 26 Fevral 2015
41 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Bu gün Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-də Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anma tədbiri keçirilib.

ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Sonra tədbiri açan Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin sədr əvəzi Saleh Məmmədov xalqımızın ən yaxın tarixinin dəhşətli faciəsi olan Xocalı soyqırımı haqqında ətraflı məlumat vermişdir. Xocalı qətilamını 20-ci əsrin ən dəhşətli faciəsi kimi qiymətləndirən S. Məmmədov eləcə də ermənilərin xalqımıza qarşı törətdikləri digər dəhşətli qətliamlardan danışmışdır. Bildirilmişdir ki, ötən 23 il bizi bu qanlı faciədən uzaqlaşdırmasına baxmayaraq, xalqımız bu acını daim hiss edir. Xocalı soyqırımına siyasi-hüquqi qiymətin yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymətin verildiyini qeyd edən sədr əvəzi ayrı-ayrı ölkələrdə bu faciəyə həsr edilmiş tədbirlərin əhəmiyyətini vurğulamışdır. Bildirilmişdir ki, ümummilli liderin siyasi kursunu layiqincə davam etdirən ölkə başçısı cənab İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində bu istiqamətdə önəmli addımlar atılmışdır.

Nəqliyyat Nazirliyi” Azəryolservis” ASC-nin YAP ilk partiya təşkilatı sədrinin müavini Əvəz Qocayev Xocalı qətilamını bəşər tarixində qanlı hadisə kimi qiymətləndirərək bildirmişdir ki, Xocalıda yüzlərlə əliyalın insan - qoca, cavan, uşaq, qadın amansızlıqla qətlə yetirilmiş, şəhər yerlə-yeksan edilmişdir. Təəssüflə bildirilmişdir ki, o vaxt erməni separatçıları ilə döyüşdə Xocalı əhalisinə köməklik göstərilməmiş, eyni zamanda, bu soyqırımı barədə heç bir məlumat yayılmamışdır. Yalnız ümummilli lider hakimiyyətə qayıtdıqdan sonra Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

Sonda qeyd olunmuşdur ki, bizim hər birimiz dövlət başçısı İlham Əliyevin ətrafında sıx birləşməli, xalqımıza qarşı törədilmiş bu soyqırımın dünyaya yayılmasında yaxından iştirak etməliyik.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2368573.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR