"Savaş naziri" elan edildi

20:26 3 Yanvar 2015
87 Dünya
Ölkə mətbuatı
A- A+

Çex respublikasının prezidenti Miloş Zeman Ukraynadakı Maydan hərəkatının demokratik olmadığını bəyan edib.

ANS PRESS-in məlumatına görə, Miloş Zeman deyib ki, ola bilsin Ukrayna prezidenti Pyotr Poroşenko "sülh adamı"dır, amma Maydan hərəkatı heç də demokratik yolla həyata keçirilmədi.

Prezident hesab edir ki, Ukrayna baş naziri Arseni Yatsenyuk isə "müharibə baş naziri"dir.

"Ona görə ki, Yatsenyuk münaqişənin sülh yolu ilə həllini istəmir. Avropa komissiyası ona sülh yolu təklif etsə də razılaşmır. Problemi güclə həll etmək istəyir", - deyə Miloş Zeman bildirib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=317605

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR