Emil Balayev üçün 5 saat 5 dəqiqəlik marafon

Emil Balayev üçün 5 saat 5 dəqiqəlik marafon
23:42 3 Yanvar 2015
210 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan yığmasının qapıçısı Emil Balayev bu həftə Almaniyanın “Ayntraxt” (Frankfurt) klubunda debüt edə bilər. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, buna onun qarşıdakı oyunlar üçün müəyyənləşən heyətə düşməsi səbəb olub.

Belə ki, komandanın məşqçisi, vaxtilə Azərbaycan millisində Berti Foqtsun köməkçisi olmuş Volfqanq Rolff Emili ona tapşırılan heyətə daxil edib. Söhbət Rolffun başçılığı altında turnirə qatılacaq “12-lik”dən gedir.

Məsələ ondadır ki, hər qış fasiləsində olduğu kimi bu il də qapalı manejin mini-futbol meydanında təşkil olunan 13-cü Harder kuboku təşkil olunacaq. 9-cu dəfə bu yarışa qatılacaq “Ayntraxt” mükafat uğrunda ən azı 4 matça çıxacaq. 5 saat 5 dəqiqə (Bakı vaxtı ilə 20:45-dən 01:50-dək) davam edəcək turnirdə komandaya Rolff rəhbərlik edəcək və çalışdırıcı güvənəcəyi 12 oyunçu arasında yer verdiyi qapıçılardan biri kimi Emili seçib.

Heyətə düşmək üçün Yannik Zummakla rəqabət aparacaq Balayevin komandası yanvarın 4-də baş tutacaq yarışda əvvəl “Karlsrue”, ardınca”Valdhof”, sonra isə “Kayzerslautern” və “Sandhauzen”lə görüşəcək. 5 komandalı, dairəvi sistemli turnirdə ən çox xal toplayan iki komanda sonda həlledici matçda üz-üzə gələcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/317108.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR