Ukrayna Milli Qvradiyası Odessa vilayətində xüsusi əməliyyata başlayıb.
ANS PRESS-in məlumatına görə, hərbçilər Odessa vağzalına KrAZ maşınları ilə gəliblər.
Şahidlər bildirirlər ki, hərbçilər ən azı iki maşın karvanı ilə gəliblər. Milli Qvardiyanın vilayətdə operativ-profilaktik əməliyyatlar həyata keçirəcəyi bildirilir.
Əhalinin təşvişə düşdüyünü görən Odessa polisi açıqlama verib: "Hərbçilər küçələri nəzarətdə saxlayacaqlar. Əmin olun ki, qorxulu heç nə yoxdur. İnsanlar küçəyə çıxmasınlar. Biz sakinləri sadəcə terror aktlarından qorumağa çalışırıq".
Qeyd edək ki, operativ-profilaktik əməliyyatlar Seqedskoyda baş vermiş güclü partlayışdan sonra həyata keçirilməyə başlanıb.