Braziliyanın əfsanəvi futbolçusu Pele Marsia Aoki Sibel ilə 6 illik münasibəti evliliklə davam etdirəcək.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, nikah mərasimində "futbol kralı"nın yaxın dostları və ailəsi iştirak ediblər.
Sibel ilə Pele 1980-ci ildə Nyu-Yorkda tanış olsalar da, münasibətləri 2010-cu ildə başlayıb.
Xatırladaq ki, bu, Pelenin üçüncü evliliyidir . İlk evlilikdən 3, ikincidən 2 övladı var.
Milli.Az