​Azərbaycan Moskvada keçirilən festivalda təmsil olunub

​Azərbaycan Moskvada keçirilən festivalda təmsil olunub
10:52 11 İyul 2016
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 iyul. REPORT.AZ/ Moskvada Milli Mətbəxt Festivalı keçirilib. Festivalda ölkəmizi Azərbaycan Slavyan Gənclər Assosiasiyasının (ASGA) Rusiya nümayəndəliyi təmsil edib. Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, şəhər meriyası tərəfindən təşkil olunan festivalda Rusiyada yaşayan millətlərin milli mətbəxləri nümayiş olunub.
ASGA-nın Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili və icraçı direktor Xəzər Qarayev Azərbaycan stendinə yaxınlaşan festival iştirakçıları və qonaqlara milli mətbəximiz haqqında ətraflı məlumat verib. Festivalda iştirak edən Moskva meryasının rəsmiləri, Dövlət Dumasının deputatları və digər rəsmi şəxslər təqdim edilən Azərbaycan mətbəxinin nümunələri ilə tanış olublar.
Tədbirin sonunda Azərbaycanı festivalda təmsil edən ASGA-nın Rusiya nümayəndəliyinin sədri T.Allahverdiliyə şəhərin ictimai siyasi həyatında fəal iştirak etdiyi üçün və Azərbaycanın milli mətbəxini yüksək səviyyədə təqdim etdiyinə görə, şəhər rəhbərliyi adından fəxri diplom və mükafata layiq görülüb.








Xəbərin orijinal ünvanı: http://report.az/diaspor/azerbaycan-moskvada-kecirilen-festivalda-temsil-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR