Mədən qəzası: 12 fəhlə öldü

Mədən qəzası: 12 fəhlə öldü
03:26 4 Yanvar 2015
141 Dünya
Ölkə mətbuatı
A- A+

Pakistanın şimal-qərbində mədən faciəsi baş verib.

ANS PRESS-in məlumatına görə, Pakistanın şimal-qərbində yerləşən Momand bölgəsindəki mərmər mədənlərindən birində uçqun olub. Nəticədə, içəridə işləyən fəhlələrdən 12 nəfərin öldüyü bildirilir.

“Axşam saatlarında baş verən qəzada torpaq altında qalan 12 mədən işçisinin cəsədi çıxarılıb”, deyə Momand yerli idarəsindən verilən açıqlamada deyilib.

Qeyd edək ki, ötən gün axşam saatlarında baş verən uçqunun altında daha 8 nəfərin qaldığı və onların xilasedilməsi, çıxarılması işləri davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=317637

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR