Türkiyə superliqasında 16-cı turun oyunlarına start verilib.
ANS PRESS-in məlumatına görə, turun ilk oyun günündə 6 komanda gücünü sınayıb.
Turun açılış matçı "Rizəspor"la "Konyaspor" arasında keçirilib. Bu görüşdə tərəflər sülh bağlayıb - 1:1.
"Bursaspor" isə öz meydanında "Akhisar"ı qəbul edib. Matç ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
"Fənərbaxça" klubu isə doğma azarkeşləri önündə "Başakşəhər"lə qarşılaşıb. "Sarı-lacivərdlilər" rəqibinə 2 cavabsız qolla qalib gələrək turnir cədvəlinin ilk pilləsinə yüksəlib.
Qeyd edək ki, superliqada 5-ci tura bazar ertəsi keçiriləcək 2 oyunla yekun vurulacaq.
3 yanvar, Türkiyə superliqası, 16-cı tur:
"Rizəspor" - "Konyaspor" - 1:1
Qollar: Kadah, 10 (1:0), Kampos, 77 (1:1)
"Bursaspor" - "Akhisar" - 3:1
Qollar: Josue, 45+3 (1:0), Civelli, 51 (2:0), Fernandao, 54 (3:0), Konuk, 65 (3:1)
"Fənərbaxça" - Başakşəhər" - 2:0
Qollar: Kuyt, 19 (1:0), Potuk, 49 (2:0)