"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Braziliya yığmasının heyətində üçqat dünya çempionu olmuş Edson Аrantis du Nasimentu bununla bağlı "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Mən Rio-2016 üçün "Ümid" adlı mahnı yazmışam və iyulun 15-də onu sizinlə bölüşəcəyim anı səbirsizliklə gözləyirəm", - deyə Pele qeyd edib.
Xatırladaq ki, Rio-2016 avqustun 5-21-də Braziliyada keçiriləcək. Turnirdə 206 ölkədən 10 mindən çox idmançı iştirak edəcək.