FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə ötən gün keçirilmiş Yaponiya - Azərbaycan oyunundan sonra hər iki komandanın baş məşqçiləri öz fikirlərini bölüşüb.
ANS PRESS-in məlumatına görə, minimal hesabla Azərbaycan yığmasının qalib gəldiyi oyundan sonra mətbuata açıqlama verən yapon məşqçi oyunun çətin keçdiyini söyləyib.
“Bu turnirdə Azərbaycan yığması ilə ötən il də qarşılaşmışdıq. Bu dəfə bizi sözün əsl mənasında heyrətləndirdilər. Azərbaycan yığması əla təsir bağışladı. Sona kimi bizə qol vurmağa imkan vermədilər. Nəticənin sensasiya olması haqda heç nə deyə bilmərəm. Futbolda hər bir nəticə mümkündür”, deyə Yaponiya yığmasının baş məşqçisi Atsuşi Uçiyama bildirib.
Azərbaycan yığmasının baş məşqçisi Nikolay Adam Yaponiya yığması kimi güclü rəqibə qalib gəldiyimiz üçün çox sevindiyini qeyd edib: "Sona qədər mübarizə apardıq. Qələbəmizin sensasiya olması fikri ilə razıyam”.
Nikolay Adam
Atsuşi Uçiyama