Futbolçularımız Antalyaya gedir

Futbolçularımız Antalyaya gedir
06:56 4 Yanvar 2015
202 İdman
Ölkə mətbuatı
A- A+

Yanvarın 10-dan 24-dək Türkiyənin Antalya şəhərində 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək.

ANS PRESS-in məlumatına görə, toplanışa Kamran İbrahimov, Elçin Əsədov, Aslan Bədəlzadə, Bahadur Həziyev, Pilağa Mehdiyev (hamısı “Neftçi”), Sahib Cümşüdov, Ərziman Rizvanov (hər ikisi “Sumqayıt”), Yusif Həsənov, İbrahim Qədirzadə (hər ikisi “Xəzər-Lənkəran”), Məmməd Hüseynov, Süleyman Əhmədov, Nemət Məmmədrəhimov (hamısı “Qarabağ”), Nadir Qasımov, Ceyhun Muxtarlı (hər ikisi “İnter”), Abbas Ağazadə, Məhərrəm Hacıyev (hər ikisi “Turan”), İlham Rəhimov, Tural Əjdərli, Aqşın Hüseynov, Cavidan Qasımlı, Fərid Nəbiyev (hamısı “Qəbələ”), Emin Səfixanov (“Metallurq Donetsk”, Ukrayna), Samir Əliyev (“Bakı”) və Ricat Qarayev (“Əlincə”) dəvət olunublar. Bu barədə AFFA-dan bildirilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=317648

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR