Türkiyədə yayın hitinə çevrilən Ayla Çeliyin "Bağdat" mahnısı ölkəmizdə də sevildi. Yerli şou-biznesin "məmə yeyənindən pəpə deyəninə kimi" hər kəs bu mahnını ifa etdi. Məşhur simalar arasında milyonların sevimlisi Röya Ayxandan tutmuş, Günay İbrahimli, Aysel Əlizadə və bir çoxlarının adını sadalamaq olar.

Tanınmış meyxana ustadı Namiq Qaraçuxurlu üçün görünür, yerli məşhurların "Bağdat" sevdası heç də ürəkaçan olmayıb.
Videonu izləmək üçün şəklə klikləyin:


Milli.Az bildirir ki, Namiq ötən gün sosial şəbəkə hesabında maraqlı paylaşımı ilə diqqət çəkib. Belə ki, eyniadlı mahnının "istiot" fotosunu paylaşan müğənni, daha çox bu şəklə etdiyi şərhi ilə onu izləyənlərin marağına səbəb olub:

""Bağdat" mahnısının duzunu, istiotunu qaçıran adamlar üçün istiot istehsal ediblər. Qaldı duzu..."
Təhməz Təkin
Milli.Az

