"Boko Haram" 15 dinc sakini qətlə yetirdi

"Boko Haram" 15 dinc sakini qətlə yetirdi
09:17 4 Yanvar 2015
95 Dünya
Ölkə mətbuatı
A- A+

Nigeriyada fəaliyyət göstərən “Boko Haram” terror qruplaşmasının silahlıları Kamerunun şimalında avtobusa hücum edib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə azı 15 nəfər ölüb, daha 10 nəfər ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
 
Məlumata görə, silahlıların hücumuna Kusseri-Maura marşrutu ilə hərəkət edən sərnişin avtobusu məruz qalıb.
 
Öldürülənlərin sayının artacağı istisna olunmur. Onların hamısının dinc sakin olduğu bildirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/317125.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR