Fransanın Nitsa şəhərində baş verən terrorda ölənlərdən biri Türkiyə vətəndaşıdır.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 19 yaşlı Şilan A. adlı gənc qız Fransadakı Nitsa terrorunun qurbanı olub. Şilanın ailəsi onun ölüm xəbərini təsdiqləyib.
Qeyd edək ki, törədilən terror nəticəsində 84 nəfər dünyasını dəyişib.
Bəxtiyar Umarlı
Milli.Az