Taksi sürücüsünün başından vurdular

Taksi sürücüsünün başından vurdular
11:22 4 Yanvar 2015
132 Dünya
Ölkə mətbuatı
A- A+

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Uşak bölgəsində baş verib.
 
65 yaşlı taksi sürücüsü Ramazan Yıldızxan taksisindən 40 metr kənarda öldürülmüş halda tapılıb.
 
Belə ki, R.Yıldızxan bir neçə gün evə getmədikdən sonra ailəsi polisə müraciət edib.
 
Axtarışlar başladılıb və 65 yaşlı taksi sürücüsünün cəsədi tapança ilə başından vurulmuş halda tapıblar. Polisdən verilən məlumata görə, sürücünün pul kisəsi maşında tapılmayıb. Onun pul üçün öldürüldüyü düşünülür.
 
Xatırladaq ki, taksi sürücülərinin pul üçün öldürülməsi Türkiyədə ilk dəfə deyil. İl ərzində bu kimi hallar dəfələrlə təkrarlanır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/317142.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR