Ermənilər Qazax və Tovuzun kəndlərini atəşə tutub

Ermənilər Qazax və Tovuzun kəndlərini atəşə tutub
11:54 4 Yanvar 2015
133 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənilər atəşkəs rejimini pozmaqda davam edir. Lent.az-ın Müdafiə Nazirliyinə istinadən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 64 dəfə pozulub. Erməni silahlı bölmələri Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Koxanəbi kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.


Tərtər rayonunun Göyarx, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Kəngərli, Şuraabad, Sarıcalı, Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. 


Düşmən cavab atəşi ilə susdurulub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189341

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR