“Neftçi”nin sabiq futbolçusu özünə yeni klub tapdı

“Neftçi”nin sabiq futbolçusu özünə yeni klub tapdı
12:14 4 Yanvar 2015
170 İdman
Ölkə mətbuatı
A- A+

Ötən ilin oktyabrında “Neftçi”dən qarşılıqlı razılıq əsasında müqaviləsini ləğv edib, ayrılan Bruno Bertuççi özünə yeni klub tapıb. Apasport.az saytının məlumatına görə, braziliyalı futbolçu karyerasını bundan sonra vətənində davam etdirəcək.

 

24 yaşlı sol cinah müdafiəçisi "Portuqeza" ilə anlaşıb. O, C seriyası təmsilçisi ilə mövsümün sonuna kimi müqavilə imzalayıb.

 

Qeyd edək ki, 2009-cu ildə Braziliyanın U-20 milli komandasının heyətində 7 oyuna 1 qol vuran Bruno Bertuççi “Korintians” (Braziliya) və “Qrashopper” (İsveçrə) kimi klublarda forma geyinib. 2012-ci ildən “Neftçi”də çıxış edən Bertuççi Azərbaycan çempionu və ölkə kubokunun qalibi olmaqla yanaşı, Avropa Liqasının qrup mərhələsi oyunlarında da iştirak edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189342

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR