Bakı bulvarında dənizin içində MÖHTƏŞƏM LAYİHƏ

Bakı bulvarında dənizin içində MÖHTƏŞƏM LAYİHƏ
12:54 4 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Dəniz pavilionunun tikintisi davam etdirilir

Bakı bulvarının ərazisində, köhnə "Sadko" kafesinin yerində yeni pavilion tikilir. Lent.az-ın məlumatına görə, "Caspian Sea Water Pavilion" adlı layihənin icrası davam etdirilir və artıq tikilinin estakadaları quraşdırılıb.

 

Daha əvvəl burada köhnə "Sadko" kafesinin bərpa ediləcəyi və yeni layihə əsasında tikiləcəyi bildirilirdi. Lakin sonradan ərazidə quraşdırılmış və səkkiz guşəli ulduza bənzəyən estakadalar sökülərək yeni layihəyə uyğunlaşdırıldı.

Tikilməkdə olan pavilionda istirahət və əyləncə, eləcə də mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün istifadə etmək mümkün olacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189345

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR