Hamiləliyin 9-cu ayında olsa da... - FOTO

Hamiləliyin 9-cu ayında olsa da... - FOTO
10:42 27 İyul 2016
109 Maraqlı
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Florida ştatındakı Mayami şəhərində yaşayan rusiyalı fitnes təlimatçısı Oksana Rumyantseva artıq dünyaca məşhurdur.

Üç övlad anası olan 33 yaşlı qadın indi dördüncü övladına hamilədir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Oksana hamiləliyin 9-cu ayında olsa da, məşqlərə davam edir.

O, məşqlərinin foto və videolarını İnstaqram-dakı profilində paylaşır.

Oksananın dediyinə görə, fitnes təlimatçısı olmaqla yanaşı, bodibildinqlə də məşğul olur.

"Bəziləri əzələlərimi eybəcər sayır, özümü isə bətnimdəki uşağımı düşünməyən eqoist adlandırırlar. Belə deyil. Hamiləlik başlayanda ayaqlarımda və belimdə ağrılar vardı. Məşqləri davam etdirən kimi ağrılar çəkildi. Üstəlik, həmişə həkim müayinələrindən keçirəm. Həkimlər deyirlər ki, bətnimdəki uşaq sağlamdır", - Oksana Rumyantseva söyləyib.

Milli.Az











Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/455466.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR