Sənəd tələb edən polis qatarın altında qaldı

Sənəd tələb edən polis qatarın altında qaldı
13:22 4 Yanvar 2015
156 Dünya
Ölkə mətbuatı
A- A+

Metroda baş verən faciə ölkəni ayağa qaldırdı
28 yaşlı polis metro qatarının altında qalaraq həyatını itirib.

Anspress-in məlumatına görə, hadisə İspaniyanın paytaxtı Madriddə olub.

Belə ki, 28 yaşlı polis metroda dayanan bir adamdan şəxsiyyət vəsiqəsini göstrəməsini istəyib. Adam razılaşmayanda isə polislə aralarında mübahisə yaranıb. Mübahisə edərkən bir-birini itələyən hər iki şəxs metro relsinin üstünə yıxılıb.

Elə bu zaman qatar gəlib və hər ikisi qatarın altında qalıb. Qatarın altında qalan 28 yaşlı polis ölüb. Digər şəxs isə yaralı halda qaça bilib.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/317159.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR