Kişilər keçəlliyi həmişə özlərinə dərd ediblər. İncəsənət nümayəndələri üçün isə bu, əsl fəlakətdir.
Milli.Az 1xəbər.com-a istinadən bildirir ki, müğənnilər Mənsum İbrahimov, Nadir Qafarzadə, Vasif Məhərrəmli, Cavanşir Məmmədov, Elariz Məmmədoğlu, skripkaçı Səlim Abbasov, prodüser Ataş, tarzən Elçin Həşimov, aktyor Elnur Hüseynov, aparıcı Azər İsmayılov və klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu bu problemi birdəfəlik həll etməyə qərar verənlərdəndir. Siyahıya Namiq Qaraçuxurlunu da əlavə edə bilərdik, lakin o, tük əkdirdiyini inkar edir. Meyxanaçı-müğənni müxtəlif prosedurların köməyilə seyrəkləşməyə başlayan saçını gurlaşdırdığını deyir.
Plastik əməliyyatın köməyilə keçəlliyə əlvida deyən sənətçilər arasında qocaman qarmon ifaçısı Aftandil İsrafilovun da adı var. O, Azərbaycanda başına tük əkdirən ilk musiqiçidir. Aftandil bəy hələ sovetlər dövründə Gürcüstanda başına tük əkdirib.
Səhnəmizin az qala daimi Məcnunu statusunu alan xanəndə Mənsum İbrahimovun da saç əkdirdiyi deyilir.
Nadir Qafarzadə keçəlləşmədən tük əkdirən yeganə ifaçıdır. Hər zaman səliqəli saç düzümü ilə tamaşaçıların qarşısına çıxan ifaçı Türkiyədə başının alın - ön hissəsində seyrəkləşən yerlərə saç əkdirib.
Elariz Məmmədoğlu özünün videogörüntülərindən birinə baxandan sonra saç əkdirməyə qərar verib. O, öz başını yerli həkimlərə deyil, türk həkimlərinə həvalə edib.
"Saçımla bağlı bəzi problemlərim var idi. Odur ki, həkimə müraciət etdim" - deyən Cavanşir Məmmədov bu haqda danışmağı xoşlamır. Müğənninin əvvəlki və sonrakı fotolarını müqayisə etdikdə onun yalnız saç əkdirmədiyi nəzərə çarpır.
Skripka ifaçısı Səlim Abbasov gənc yaşlarından keçəlləşməyə başlayıb. Musiqiçi bu problemi bir müddət papağın köməkliyi ilə ört-basdır etsə də, sonunda o da saç əkdirən həmkarlarının sırasına qoşuldu.
Aparıcı Azər İsmayılov da Səlim Abbasov kimi gənc yaşlarından keçəlləşmə ilə üzləşib və saç əkdirməklə bu problemi həll edib.
İlk dəfə Namiq Qaraçuxurlunun prodüseri kimi tanıdığımız Ataş Hüseyn sənətçi olmasa da, saç əkdirən şou-biznes nümayəndələrinin siyahısına salmaq olar.
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun da başına tük əkdirdiyi deyilir.
Vasif Məhərrəmli də başına tük əkdirib. Burnuna da cərrahi müdaxilə etdirən ifaçı özünü metroseksual kişi adlandırır.
"Bacanaqlar" serialıında Qismət obrazını yaradan komik aktyor Elnur Həsənov saç əkdirəndə hər kəs bundan xəbər tutdu. Çünki saç əkdirdiyi xəstəxananı və həkimi reklam edirdi.
Tarzən Elçin Həşimov da tük əkdirib.
Türkiyənin kişi sənətçiləri arasında da saç əkdirənlər yetərincədir.
Kənan Doğulu bir neçə ay əvvəl saç əkdirib. Pop ifaçı bununla bağlı suallardan qaçsa da, turk mətbuatı onun saç əkdirdiyini iddia edir.
Azərbaycanda yetərincə pərəstişkarı olan Mustafa Ceceli erkən keçəlləşmə ilə üz-üzə qalıb və plastik müdaxilə ilə bu problemi həll edib.
"Yaxşı cazibə"nin baş qəhrəmanı Kamal Kükrəyən obrazını canlandıran Hakan Yılmaz da bu siyahıdadır.
Dünya şöhrətli məşhurlar arasında da saç əkdirənlər az deyil. Siyahı çox uzun olduğundan bu gün yalnız birinin adını çəkirik - Nikolos Keyc.
Milli.Az














