Sabahın hava proqnozu

Sabahın hava proqnozu
14:16 4 Yanvar 2015
130 Ölkə
Ölkə mətbuatı
A- A+

Yanvarın 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, axşam bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi 9-14 m/s, gecə arabir 16-18 m/s-dək güclənəcək. Gündüz cənub-qərb küləyi 9-14 m/s, arabir 18-20 m/s olacaq. Havanın temperaturu gecə 1-4° isti, gündüz 7-12° isti olacaq. Bakıda gecə 2-4° isti, gündüz 9-11° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 mm civə sutunundan 760 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 80-90 %, gündüz 65-70 % təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında gün ərzində əsasən yağmursuz hava müşahidə olunacaq. Qərb küləyi 5-10 m/s-dək güclənəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz hava gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq.Qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.

Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz müşahidə olunacaq. Qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacaq. Dağlarda gecə 4-8° şaxta, gündüz 0-4° şaxta olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz hava gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz keçəcək. Dağlarda duman olacaq. Şimal-şərq küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 7-12° isti olacaq. Dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti olacağı gözlənilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=317688

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR