XİN-dən cavab

XİN-dən cavab
14:41 4 Yanvar 2015
115 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan regionda təhlükə və gərginliyin artmasına və insan tələfatına rəvac verir.

ANS PRESS-in məlumatına görə, bu sözləri Azərbaycan Xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan Xarici İşlər Nazirliyinin 3 yanvar 2015-ci il tarixli bəyanatını şərh edərkən bildirib.

Qeyd edilir ki, Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsipləri və BMT nizamnaməsi kobud şəkildə pozularaq, Azərbaycana qarşı hərbi təcavüz edilib, əraziləri işğal olunub.

Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etdirilməsi və bu ərazilərdə Ermənistan silahlı qüvvələrinin mövcudluğu yalnız neqativ fəsadlara yol aça bilər.

Ermənistan işğal olunmuş Azərbaycan ərazilərindən öz işğalçı silahlı qüvvələrini çıxarmayaraq, regionda təhlükə və gərginliyin artmasına və insan tələfatına rəvac verir.

İşğalçı və təcavüzkar dövlət kimi buna görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=317683

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR