Həmzəyevdən əlavə dünya finalında dünyanın 22 ölkəsinin nümayəndələri iştirak edəcəklər. Bunlar Anqola, Belarus, Honq Konq, Gürcüstan, İtaliya, Qazaxıstan, Livan, Litva, Malta, Meksika, Moldova, Polşa, Rusiya, Serbiya, ABŞ, Tayvan, Türkiyə, Tunis, Fransa, Cənubi Afrika və Yaponiya ölkələrinin təmsilçiləri olacaq.
Qeyd edək ki, Azərbaycan ilk dəfə 2013-cü ildə turnirin dünya finalında iştirak edib və ölkəmizi təmsil edən Amil Həmzayev San Fransiskoda küçə basketbolunun 64 ən güclü oyunçusu ilə mübarizə aparıb. 2014-cü ildə yarış Tayvanda Samasana adlı bağlı adada yerləşən atılmış həbsxanada keçirilib və Azərbaycanı Zaur Paşayev təmsil edib.