Azərbaycanda dəhşətli qəza: ölənlər var

Azərbaycanda dəhşətli qəza: ölənlər var
15:24 4 Yanvar 2015
123 Ölkə
Ölkə mətbuatı
A- A+

Zərbənin gücündən avtomobil iki hissəyə bölünüb

Cəlilabadda ölümlə nəticələnən dəhşətli yol qəzası baş verib.

 

APA-nın cənub bürosunun məlumatına görə, hadisə yanvarın 4-də Ələt-Astara magistralının 116-cı kilometrliyində, yolun Cəlilabad şəhərindən keçən hissəsində qeydə alınıb.

 

Sumqayıt şəhər sakini, 40 yaşlı Ziya Mahmudovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili Astara istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Güclü zərbədən iki yerə bölünən nəqliyyat vasitəsinin bir hissəsi təxminən 20 metr kənara düşüb. Hadisə zamanı sürücü və hələlik adı məlum olmayan azyaşlı uşaq hadisə yerindəcə dünyasını dəyişib.

 

Maşındakı digər iki sərnişin - Masallı rayon sakinləri, 11 yaşlı Nihad Əkbərov və 44 yaşlı Şahin Mahmudov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri və təcili yardım maşını gəlib. Xilasedicilər tərəfindən maşında sıxılıb qalmış meyitlər çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Yaralılar isə dərhal Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

Burada onlara müvafiq  tibbi yardım göstərilib. Nihad Əkbərovun  vəziyyəti ağır olduğundan Bakı şəhərindəki xəstəxanalardan birinə yola salınıb.

 

İlkin versiya kimi, qəzanın avtomobilin yüksək sürətlə idarə olunması səbəbindən baş verdiyi ehtimal olunur.

 

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189356

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR