İlin ilk iş günündə hava necə olacaq? - PROQNOZ

İlin ilk iş günündə hava necə olacaq? - PROQNOZ
15:44 4 Yanvar 2015
126 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan ərazisində mülayim hava şəraiti Yeni ilin ilk iş günündə də davam edəcək. Lent.az-ın Trend-ə istinadən məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, yanvarın 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Axşam bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gecə arabir güclənəcək. Gündüz isə cənub-qərb küləyi əsəcək, gücləcənək.

Havanın temperaturu gecə 1-4 , gündüz 7-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava yağmursuz olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Aran rayonlarında havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189358

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR