Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qəhvəli parfe

Qəhvəli parfe

Date: 5 August 2016 07:05

Milli.Az qəhvəli parfenin hazırlanma qaydasını təqdim edir

"Tox qonaq" salatı

Tərkibi (4 pay): 

1.5 st. süd
2 paket şanti kremi
0,5 st. fındıq 
15 ədəd yulaflı peçenye
1 x.q. üyüdülmüş qəhvə 

sous: 

150 q tünd şokolad 
150 ml qaymaq 

Qəhvəni süddə əridin. Krem-şantini əlavə edib mikserlə çalın. 
Yulaflı peçenyeləri xırdalayıb kremə qatın. Ortadan bölünmüş fındıq ləpələrini də əlavə edib qarışdırın. 
Dördbucaq, hündür qabın içinə qida plyonkası çəkin. Kremi içinə doldurun. 
Buz dolabında 2 saat saxlayın. 
Qaymağı qazana töküb ocağın üzərinə qoyun, qaynara düşəndə şokoladı xırdalayıb əriyincə qarışdırın (qaynatmaq olmaz). Soyudun. 
Parfeni dondurucudan çıxarıb buluda tərs çevirin. Şokoladlı sousu üzərinə gəzdirin. 

Nuş olsun!

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 


Tags:  Qəhvəli parfe

RƏYLƏR


Top news