Türkiyə superliqası: "Fənərbağça" liderliyə yüksəldi

Türkiyə superliqası: "Fənərbağça" liderliyə yüksəldi
17:17 4 Yanvar 2015
198 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə superliqasında 16-cı turun oyunlarına start verilib.
Qol.az-ın məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma baş tutub.
Artıq bir oyun keçirilib. Turun açılış matçında "Rizəspor" öz meydanında "Konyaspor"la qarşılaşıb. Bu görüşdə qalib müəyyənləşməyib - 1:1.
Günün digər oyunlarında "Bursaspor" doğma azarkeşləri önündə "Akhisar"ı sınağa çəkib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Fənərbağça" klubu isə evdə "Başakşəhər"lə üz-üzə gəlib. Rəqibinə 2 cavabsız qolla qalib gələn "sarı-lacivərdlilər" turnir cədvəlinin ilk pilləsinə yüksəliblər.
Qeyd edək ki, superliqada 5-ci tura bazar ertəsi keçiriləcək 2 oyunla yekun vurulacaq.
  
3 yanvar
Türkiyə superliqası, 16-cı tur
"Rizəspor" - "Konyaspor" - 1:1
Qollar:
Kadah, 10 (1:0), Kampos, 77 (1:1)
"Bursaspor" - "Akhisar" - 3:1
Qollar:
Josue, 45+3 (1:0), Civelli, 51 (2:0), Fernandao, 54 (3:0), Konuk, 65 (3:1)
"Fənərbağça" - Başakşəhər" - 2:0
Qollar:
Kuyt, 19 (1:0), Potuk, 49 (2:0)

4 yanvar
"Kayseri Erciyesspor" - "Kasımpaşa"
"Sivasspor" - "Karabükspor"
"Eskişehirspor" - "Qaziantepspor"
"Beşiktaş" - "Qalatasaray"

5 yanvar
"Balıkesirspor" - "Trabzonspor"
"Mersin" - "Gənclərbirliyi"
 
S Komandalar O Q H M T-F Xal Form
1. Fənərbağça 16 11 3 2 25:13 36  
2. Beşiktaş 15 11 2 2 25:13 35  
3. Qalatasaray 15 10 2 3 24:18 32  
4. Başakşəhər 16 7 6 3 20:8 27  
5. Bursaspor 16 7 5 4 31:19 26  
6. Trabzonspor 15 5 7 3 27:26 22  
7. Gənclərbirliyi 15 5 6 4 23:17 21  
8. Mersin 15 6 3 6 21:19 21  
9. Kasımpaşa 15 5 5 5 23:26 20  
10. Qaziantepspor 15 5 3 7 15:20 18  
11. Akhisar 16 4 5 7 17:26 17  
12. Konyaspor 16 4 5 7 14:23 17  
13. Eskişehirspor 15 3 7 5 20:22 16  
14. Karabükspor 15 4 3 8 19:20 15  
15. Kayseri Erciyesspor 15 2 8 5 18:19 14  
16. Rizəspor 16 3 5 8 17:24 14  
17. Sivasspor 15 2 5 8 13:24 11  
18. Balıkesirspor 15 3 2 10 16:31 11  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/317188.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR