Türkiyənin məşhur müğənnisi Sıla qalmaqallı açıqlaması ilə gündəmə gəlib.
Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, dünən Türkiyədə baş tutan və bir çox sənətçinin qatıldığı "Yenikapı" mitinqini müğənni şou adlandırıb.
Nişantaşında görüntülənən müğənni mitinqdə iştirak etməməsinə belə aydınlıq gətirib:
"Hərbi çevrilişə qətiyyən qarşıyam, amma belə bir şounun, göstərişin içində olacağımı düşünmürəm".
Sılanın cavabı isə sosial şəbəkələrdə xalqın etirazına səbəb olub. Ölkə prezidenti başda olmaqla 5 milyon insanın qatıldığı mitinqi şou adlandırması izləyiciləri əsəbiləşdirib.
Milli.Az