Bakı-Şamaxı yolunun Qobustan rayonundan keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın atvxəbər.az-a istinadən
məlumatına görə, "KamAZ" markalı ağır yük maşını minik avtomobili ilə toqquşaraq, onun üstünə aşıb. Hadisə nəticəsində ölənlərin və
yaralananların olduğu bildirilir. Hadisə yerində təcili tibbi yardım maşınları və FHN-nin əməkdaşları var.