Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Çılpaq yatmağın inanılmaz faydaları

Çılpaq yatmağın inanılmaz faydaları

Date: 8 August 2016 12:16

Son illərdə aparılan araşdırmalar göstərib ki, çılpaq yatmaq nəinki sevgi münasibətlərində, hətta insan sağlamlığı üçün də faydalıdır.

Metbuat.az Qadınlar.biz-ə istinadən çılpaq yatmağın faydalarını təqdim edir.

1. Amerika akademiyasının araşdırmalarına görə, dərin yuxuya gedəndə temperatur tədricən aşağı düşür. Bu proses melatonin istehsalı və hormonu artımı ilə bağlıdır. Paltarlı yatanda isə əksinə, bədən temperaturu qalxmağa başlayır. Bu da yuxu hormonlarını pozur və rahat yatmağa imkan vermir. Əgər bədən yataqda vaxtında soyumursa, onda siz bütün gecə oyaq qalacaqsınız. Çılpaq yatın və bədən temperaturunun bir qədər soyumasına imkan verin.

2. Kaliforniya universitetinin professoru və tədqiqatçı alim Nikol Praus iddia edir ki, çılpaq yatan qadın özünü xoşbəxt hiss edir, həm da daha sağlam olur. Çılpaq yatmaq qadın sağlamlığı üçün də vacibdir. Vaginanın sağlamlığı baxımından yuxu zamanı intim bölgə quru olmalıdır. İsti mühitdə vaginada bakteriyalar və göbələklər sürətlə çoxalırlar. Ancaq paltarsız yatanda vaginada infeksiyanın yaranması ehtimalı azalır. Çılpaq yatmaq kişilər üçün də faydalıdır. Belə ki, çılpaq yuxu sperma keyfiyyətini yaxşılaşdırır. Onu da qeyd etmək lazımdır ki, çılpaq yatmaq cinsi performansa da müsbət istiqamətdə təsir edir. Amerikada aparılan araşdırmalar da göstərib ki, çılpaq yatan cütlüklərin münasibətləri daha uzun müddətli olur.

3. Gecələr bədən temperaturunun həddən artıq istiləşməsi nəticəsində melatonin istehsalının və hormon artımının pozulduğunu artıq dedik. Onların funksiyasının pozulması dəriyə mənfi təsir göstərir. Temperatur aşağı düşdüksə isə hormon artımı yaxşılaşır və hüceyrələrin regenerasiyası başlayır. Bu da dərinin cavan qalmasına və parıldamasına birbaşa təsir edir.

4. Çılpaq yatmaq çəkiyə də ciddi təsir edir. Bu fenomeni belə izah etmək olar: Gecə vaxtı bədənin soyuması kortizol səviyyəsi azalmasına səbəb olur. Əgər yuxunuz pozulubsa (pijamada yatmısınızsa), kortizol getdikcə lazım olduğundan daha çox olur. Kortizol hormonlarının artıq olması isə iştahanın artması ilə nəticələnir. Çılpaq yatmaqla bu problemli asanlıqla həll edə və pəhrizlə vidalaşa bilərsiniz.


Tags:  Cilpaq yatmaq Cilpaq yatmagin faydalari

RƏYLƏR


Top news